“Düşünürəm ki, yaxşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in baş məşqçisi Famil Ağayev deyib.
Bakı təmsilçisi “Çelenc Cup”ın 1/16 final mərhələsi çərçivəsində Rumıniyanın “Ştiinta” klubu ilə cavab görüşündə qalib gəlsə də, “Qızıl set”də məğlub olaraq avrokubokla vidalaşıb. Qarşılaşmanı şərh edən Ağayev görüşə lazımı müdaxiləni edə bilmədiyi kimi Avropa Voleybol Konfederasiyasının saytına da qısa danışıb: “Oyunun hər 3 setində qalib gəldiyimizdən “Qızıl set”də də üstün durumdaydıq. Amma sonradan rumınlar önə keçdi və qələbə qazandılar. Buna görə də onları təbrik edirəm”.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq