Kişi voleybolçulardan ibarət Gürcüstan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının I seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan komandanın düşərgəsinə 18 oyunçu çağırılıb.
Baş məşqçi Sulxani Axvlediani təlim-məşq toplanışının sonunda 6 voleybolçudan imtina edəcək.
Toppaylayıcılar: Laşa Çokheli, Otari Çaçua, Giorgi Merabişvili
Blokçular: Giorgi İvanişvili, Revaz Tsiklauri, Zaza Şenadya, Tengiz Yanxoteli, Zaur Mqaloblişvili, Badri Nutsubidze
Hücumçular: Giorgi Çkholariya, Mixeil Guniava, Toma Kalandadze, Soso Lobjanidze, Daviti Tşomarya, Amiran Tepnadze
Liberolar: Tengiz Qoqava, Geninq Konstantin, Qoqa Baudze
Qeyd edək ki, mayın 19-da Tiflisdə start götürəcək I qrupun oyununda ev sahibləri və Azərbaycanla yanaşı, İsveçlə İsveçrə gücünü yoxlayacaq.