[b]Həm qadın, həm də kişi millilərimiz 5-ci oldu[/b]
03.07.2016 - 14:06
Amsterdamda (Hollandiya) və Pautyedə (Fransa) keçirilən 2016 FİBA 3X3 Avropa çempionatının seçmə mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, kişi basketbolçulardan ibarət millimiz 69 xal toplayaraq, 5-ci olub.
Komandamız bu nəticə ilə Türkiyə, İsveçrə və Almaniyanı geridə qoyub.
AÇ-yə vəsiqə isə Serbiya, Hollandiya, Rusiya və Slovakiyanın olub.
Qadınlar millimiz də kişi həmkarları kimi 5-ci yerlə kifayətləniblər. Onların xalı isə 49 olub. Yığmamız Slovakiya, Türkiyə və Latviyanı qabaqlayıb.
AÇ-yə isə Rusiya, İtaliya və İspaniya yollanacaq.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0