Kişi voleybolçular arasında Ukrayna Superliqasında ikinci dövrə başa çatıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Vasif Talıbovun çalışdırdığı “Vinnitsa” qış fasiləsinə ikinci pillədə yollanıb.
Təmsilçimizin komandası keçirdiyi 14 oyundan 10-da meydanı qələbə ilə başa vurub. Aktivində 29 xalı olan “Vinnitsa” lider “Lokomotiv”dən (Xarkov) 9 xal geri qalır. Ötən mövsümü 3-cü pillədə başa vuran komanda ən yaxın izləyicisi “Barkom-Kajani”ni isə 2 xal qabaqlayır.
Çempionatda fasilə yanvarın 12-də başa çatacaq.
Qeyd edək ki, Talıbov "Rabitə" və "Telekom"da məşqçi kimi fəaliyyət göstərib. O, Azərbaycan çempionatının qızıl və gümüş medallarına sahib olub.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq