“Gəncə və Göygölü gəzmək üçün vaxtımız olmayıb. Ancaq yaxınlıqdakı parkı gəzə bildik”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Hollandiya yığmasının baş məşqçisi Cemmi Morrison deyib.
Təcrübəli mütəxəssis Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Qrup matçlarına Göygöldə çıxacaq “narıncılar”ın baş məşqçisi Azərbaycanla finalda qarşılaşmaq arzusundadı: “Dünən idman zalıyla tanış olduq. Çox xoşumuza gəldi. Şərait də bizi tam qane edir. Hansısa komandaya uduzursansa, onunla yenidən qarşılaşmaq istəyirsən ki, məğlubiyyətin təsadüfi olduğunu sübut edəsən. Dünya çempionatının seçmə mərhələsində yenildiyimiz Azərbaycanla ən yaxşı halda yarımfinalda qarşılaşa bilərik. Ümid edirik ki, komandanızla finalda üz-üzə gələrik. Azərbaycan seçmə mərhələdəki kimi oynasa, finala çıxa bilər”.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq