Qadın voleybolçular arasında İtaliya çempionatında yaranan fasilə başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Yelizaveta Səmədovanın şərəfini qoruduğu “Skandiççi” A seriyasının XIII turunda “Kasalmaggiore”nin qonağı olub.
Qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb. Onlar təmsilçimizin komandasına 3:1 hesabı ilə qalib gəliblər.
Məğlubiyyətə baxmayaraq, matç Səmədova üçün əlamətdar olub. A seriyasında debüt edən voleybolçumuz oyuna ehtiyatdan daxil olsa da, adından söz etdirə bilib. Baş məşqçi Karlo Parisinin ümidlərini doğruldan Səmədovanın 9 zərbəsi dəqiq alınıb.
Qeyd edək ki, “Skandiççi” 13 turdan sonra 27 xalla turnir cədvəlində 3-cüdü. Onlar növbəti matçda “Montsa” ilə üz-üzə gələcəklər.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq