Qadın voleybolçular arasında Yaponiya çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” “Hitaçi”nin qonağı olub.
Görüş təmsilçimizin komandasının çətin qələbəsi ilə başa çatıb. Belə ki, “Toyota” 3-cü pillədə qərarlaşan rəqibinə tay-brekdə qalib gəlib – 3:2 (26:24, 22:25, 23:25, 25:22, 15:9).
Əvvəldən axıra kimi meydanda olan Rəhimova komandasına nə az, nə çox 58 xal qazandırıb. Voleybolçumuz bu xallardan 52-ni hücumda, 3-nü blokda, 3-nü isə eyslə əldə edib.
“Toyota” qələbə qazanaraq, aktivindəki xallarını 13-ə çatdırsa da, sonuncu pillədən yaxa qurtara bilməyib. Onlar ən yaxın izləyicisi “Denso”dan 2, lider “Hisamitsu”dan isə 17 xal geri qalırlar.
Qeyd edək ki, “Toyota” növbəti turun oyununa sabah çıxacaq. Rəhimovanın komandası 26 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Toray Errous”la üz-üzə gələcək.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə