[b]Hücumçumuzun komandası zirvədə[/b]
14.01.2018 - 21:52
Qadın voleybolçular arasında Rusiya çempionatında XIII tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Natalya Məmmədovanın komandası “Dinamo Kazan” da növbəti oyununu keçirib.
Tatarıstan təmsilçisi dogma meydanda “Yenisey”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:0 (25:18, 25:16, 25:10) hesablı qələbəsi ilə yekunlaşıb.
Natalya komandasının qələbəsinə 11 xalla töhvə verib.
Qeyd edək ki, 13 oyundan sonra aktivində 36 xal olan “Dinamo” turnir cədvəlinin zirvəsində qərarlaşıb.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0