Azərbaycan klublarının avrokubokların qrup mərhələsindəki ənənəsi qırılıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında İngiltərədə “Tottenhem”ə 1:2 hesabı ilə uduzan “Qarabağ”a qədər əsas raunddakı bütün ilk oyunlar qolsuz başa çatmışdı.
3 il əvvəl “Neftçi”, ötən il “Qarabağ”, bir neçə saat əvvəl isə “Qəbələ” qrup mərhələsinə qolsuz, amma 1 xalla start vermişdi.
İlk 3 startdan yalnız “Neftçi” “Qarabağ”ın ikinci cəhdindəki kimi səfərdə oynamışdı. Ağdamlılar ötən, “Qəbələ” isə bu il qrupa evdə başlayıb.
Avropa Liqasının qrupundakı ilk oyunlar
20 sentyabr 2012. “Partizan” (Serbiya) – “Neftçi” - 0:0
18 sentyabr 2014. “Qarabağ” – “Sent Etyen” (Fransa) - 0:0
17 sentyabr 2015. “Qəbələ” – PAOK (Yunanıstan) – 0:0
17 sentyabr 2015. “Tottenhem” (İngiltərə) – “Qarabağ” – 2:1
- Yüksək Liqa: “Murov Az Terminal” və “Ordu”dan qələbə
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq