“3 idmançımız Avropa Oyunlarına lisenziya qazansa da, onların heç biri yarışı mükafatla başa vura bilmədi. Əvəzində Ukrayna karatesinin yetirməsi İrina Zaretska Azərbaycan yığmasının heyətində Bakı-2015-in qalibi oldu. Biz bu uğuru öz hesabımıza yaza bilərdik. Amma...”. Apasport.az saytının məlumatına görə, bunu Ukrayna Karate Federasiyasının prezidenti Sergey Levçuk deyib.
Qurum rəhbəri ukraynalı idmançıların ölkədən “qaçmasına” münasibət bildirib. Onun sözlərinə görə, həmyerlilərinin başqa komandalarda çıxışı maliyyə məsələlərindən irəli gəlir: “Zaretska məsələsinə gəlincə, o, vətəndaşlığını dəyişib. Karate Olimpiya növü olmasa da, yenə də itki hiss olunacaq səviyyədədi. İnsan nöqteyi-nəzərindən İrinanı başa düşürəm. Maddi gəlir, dövlət qayğısı və digər amillər Azərbaycanda xeyli yüksək səviyyədədi. Avropa Oyunlarındakı qələbəyə görə Zaretska bu ölkədən 150 min dollar aldı. Bizim ölkədə isə idman naziri Avropa Oyunlarındakı çempionluq üçün 25 min qrivin (təxminən 1078 dollar) olduğunu açıqlayır. Ardınca bu məbləği ikiqat qaldıra bildiyini fəxrlə deyir”.
Levçukun sözlərinə görə, hazırda Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandıran Zaretska yığmamızın düşərgəsindən ayrılıb: “Zaretska Odessaya qayıdıb və məşqlərini burada davam etdirir. O, hazırlaşdığı yarışlarda da yenə Azərbaycanın bayrağı altında çıxış edəcək”.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub