[b]İstefaya göndərilən baş məşqçini Tahir Baxşıyev əvəzlədi[/b]
12.03.2016 - 12:40
[b]İstefaya göndərilən baş məşqçini Tahir Baxşıyev əvəzlədi[/b]

Kişi basketbolçulardan ibarət Azərbaycan millisini Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək Novruz turnirinə aparacaq mütəxəssisin adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, az öncə istefaya göndərilən baş məşqçi Elxan Əliyevi yarışda köməkçisi Tahir Baxşıyev əvəzləyəcək.

 

Federasiya bu qərarını yığmamızın sabiq kapitanının komandanın içində olması və heyətdə onun rəhbərlik etdiyi U-18 millisinin üzvlərinin üstünlük təşkil etməsi ilə əlaqələndirib. Bişkekdəki yarış martın 17-22-nə təsadüf edəcək.

 

Bununla yanaşı, Elxan Əliyevin yerinə namizədin adına da aydınlıq gəlib. Bu günlərdə U-16 millimizin çalışdırıcısı Samit Nuruzadənin bu posta təyinatı gözlənilir.