[b]İsveçrə millimizlə oyun üçün heyəti müəyyənləşdi[/b]
05.05.2016 - 18:17
[b]İsveçrə millimizlə oyun üçün heyəti müəyyənləşdi[/b]

Kişi voleybolçulardan ibarət İsveçrə millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi Tiflisdə baş tutacaq matçlar üçün 16 oyunçuya güvənəcək.

 

Bettello Dario heyətdə əsasən hücumçulara və dioqnal voleybolçulara üstünlük verib.

 

Toppaylayıcılar: Marko Giqli, Reto Giger, Peer Harksen

Blokçular: Kristof Hanqqi, Marc Valzer, Tomas Brandli, Samuel Ehrat

Hücumçular: Yerom Fellay, Sebastian Steyqmeyer, Luka Urlix, Leanordo Qerber, Elias Vetzel, Joel Rus, Yovan Dyokiç,

Libero: Manuel Sutter, Etyenn Haqenbux

 

Qeyd edək ki, Azərbaycan İsveçrə ilə mayın 20-də oynayacaq. Qrupumuzda, həmçinin ev sahibləri Gürcüstan və İsveç milliləri yer alıblar.