[b]İtaliya klubu Bakıya məğlub gəlir[/b]
08.02.2016 - 10:13
[b]İtaliya klubu Bakıya məğlub gəlir[/b]

Qadın voleybolçular arasında İtaliya A seriyasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, XVII tur çərçivəsində “Azəryol”un CEV kubokundakı rəqibi “Novara” “Modena”nın qonağı olub.

 

Görüş ev sahiblərinin asan qələbəsi ilə yekunlaşıb. Rəqibimiz 1 set belə qazana bilməyib - 0:3 (25:27, 22:25, 17:25).

 

“Novara” bu məğlubiyyətdən sonra 4-cü pilləni “Modena”ya təhvil verib. Hər 2 komandanın hesabında 35 xalı olsa da, rəqibimiz set fərqinə görə geri qalır.

 

Qeyd edək ki, “Novara” “Çelenc raund”da “Azəryol”la ilk matçına fevralın 11-də çıxacaq. Bakıda baş tutacaq matç saat 18:00-da başlayacaq.