[b]İtaliya klubunun Bakıya gələcəyi tarix dəqiqləşdi[/b]
03.02.2016 - 09:17
[b]İtaliya klubunun Bakıya gələcəyi tarix dəqiqləşdi[/b]

Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”unda oynayacaq “Azəryol”un ilk qarşılaşmasının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi İtaliyanın “Novara” klubunu fevralın 11-də qəbul edəcək.

 

“Azərreyl”in idman bazasında olacaq qarşılaşma saat 18:00-da başlayacaq.

 

Qeyd edək ki, Ziya Rəcəbovun komandası səfər matçına fevralın 23-də saat 23:30-da çıxacaq.