[b]Klublarımız avrokubok matçlarını keçirəcəkləri yeri açıqladı[/b]
22.11.2016 - 11:27
Bakının “Azərreyl” və “Telekom” klublarının Çempionlar Liqasının qrup mərhələsində rəqiblərini qəbul edəcək məkanlar dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu olan “dəmiryolçular” rəqibləri ilə ev oyunlarını yenə “Azərreyl” Voleybol Mərkəzində keçirəcəklər.
Komandanın Bakıda oynayacağı hər 3 görüş saat 18:00-da başlanacaq.
“Telekom” isə yerli azarkeşlər önündə saat 17:00-da oynayacaqlar. Vitse-çempion da meydanı dəyişməyib və matçlarına “Sərhədçi” İdman Olimpiya Mərkəzində çıxacaqlar.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0