[b]Klublarımızın oyunlarını idarə edəcək hakimlər bəlli oldu[/b]
10.11.2015 - 00:50
[b]Klublarımızın oyunlarını idarə edəcək hakimlər bəlli oldu[/b]

Voleybol üzrə qadınlar arasında Çempionlar Liqasında iştirak edən klublarımızın növbəti oyunlarını idarə edəcək hakimlər bəlli olub. Apasport.az saytının məlumatına görə, 11 noyabrda Bakıda baş tutacaq A qrupunun “Lokomotiv” – “Azerreyl” qarşılaşmasına serb və belarus hakimlər təyinat alıb.

 

Belə ki, bu matçda ədaləti Mirko Yankoviç və Yuri Bakunoviç qoruyacaq.

 

Eyni gündə İstanbulda baç tutacaq “Fənərbaxça” – “Telekom” matçında isə avstriyalı Harald Sodc və serb Ancelko Popoviç əsas söz sahibi olacaq.