Qadın voleybolçular arasında dünya çempionatının V turu çərçivəsində Azərbaycan - Kuba matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, rəqibinə 3:1 hesabı ilə qalib gəldiyimiz matçın bombardiri yenə Polina Rəhimova olub.
Qarşılaşmada hücumçumuz məhsuldarlıq nümayiş etdirərək, rəqibini 27 dəfə cəzalandırmağı bacarıb. Komandamızın digər voleybolçularından - Odina Bayramova 15, Yekaterina Jidkova 11, Kseniya Kovalenko 8, Anastasiya Qurbanova, Ayşən Abduləzimova (hər ikisi) 4 və Oksana Kurt Parxomenko 4 xalla qələbədə pay sahibi olub.
Rəqibin heyətində isə Alena Rojas Orta 18 və Reqla Raynierys Qrasia Qonzales 16 xala sevinib.
|
Azərbaycan |
Göstəricilər |
Kuba |
|
54 |
Hücum |
50 |
|
12 |
Blok |
10 |
|
7 |
Servis |
11 |
|
27 |
Səhvlər |
18 |
|
100 |
Cəmi |
89 |
|
35 |
Müdafiə |
39 |
|
20 |
Qəbul |
30 |