[b]Krasnodarda “Azəryol”un oyununa böyük maraq[/b]
12.03.2016 - 13:24
[b]Krasnodarda “Azəryol”un oyununa böyük maraq[/b]

Bakının “Azəryol” klubu bu gün qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsinin cavabında Krasnodar “Dinamo”sunu qəbul edəcək. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, həmin qarşılaşmaya Rusiyada böyük maraq var.

 

Doğrudu, bu gün Krasnodarda “Dinamo”nun kişilərdən ibarət komandası “Neftyanik”lə (Orenburq) üz-üzə gələcək. Həm kişilərin, həm də qadınların matçının eyni vaxtda keçiriləcəyini nəzərə alan rəhbərlik azarkeşlərə sürpriz hazırlayıb. Belə ki, yerli fanatlar “Dinamo” – “Azəryol” görüşünün keçirildiyi “Olimp” İdman Sarayında Bakıdakı qarşılaşmanı böyük ekran vasitəsilə canlı izləyə biləcəklər.

 

Qeyd edək ki, bu komandalar arasında Rusiyada keçirilən ilk oyunda təmsilçimiz 0:3 hesabı ilə məğlub olmuşdu.