[b]Kseniya Poznyakın komandası yenə uduzdu[/b]
17.10.2017 - 09:23
Qadın voleybolçular arasında Rusiya Superliqasında II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yığmamızın blokçusu Kseniya Poznyakın (Koçyıgıt) formasını geyindiyi “Leninqradka” “Yenisey”i qəbul edib.
Görüş təmsilçimizin komandası üçün yenə də məğlubiyyətlə yekunlaşıb. “Leninqradka” yalnız ilk setdə qələbə qazana bilib - 1:3 (25:22, 20:25, 25:27, 23:25).
Beləliklə, II turdan sonra Sankt-Peterburq təmsilçisi 10 komanda arasında 9-cudu. Onlar hələ xalsızdılar. Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su isə 3 xalla 5-cidi.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0