Qadın voleybolçular arasında Rusiya Superliqasında VI tur davam edir. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin blokçusu Kseniya Poznyakın kapitanı olduğu “Leninqradka” “Saxalin”lə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən görüş 4 set davam edib. Təmsilçimizin komandası ilk hissədə məğlub olsa da, sonradan özündə güc taparaq nəticəni xeyrinə dəyişə bilib – 3:1 (29:31, 25:23, 25:23, 25:23).
Qarşılaşmanın bəzi hissələrini ehtiyatda keçirən Poznyak matçda 4 xal toplayıb.
Beləliklə, VI turun yekununa əsasən 3 xal qazanan “Leninqradka” 10 xalla 5-cidi.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq