Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 2 oyun keçiriləcək. Apasport.az saytının məlumatına görə, günə “Azəryol” – “Telekom” matçı ilə start veriləcək.
V tur çərçivəsində keçiriləcək qarşılaşma hər 2 komanda üçün əhəmiyyətlidi. Çünki qalib gələcək Bakı təmsilçisi liderlər qrupunda mövqeyini qoruyacaq. Bunun üçün hər iki komanda şanslıdı. Oyunun tay-brekə qədər uzanması da istisna deyil. Həmçinin, “Azəryol” və “Telekom” son qarşılaşmasında məğlub olduğundan bu dəfə onu unutdurmağa çalışacaq.
Hazırda top fərqinə görə üstün olan “Azərreyl”in mövqeyini qorumaq isə öz əlindədi. III tur çərçivəsində “Lokomotiv”lə üz-üzə gələcək komanda qələbə qazanarsa, liderliyini davam etdirəcək. Əks halda onlar birinci pilləni rəqiblərinə də verə bilərlər. Təbii ki, bunun üçün digər görüşdə komandalardan biri xal itirməli, bu matçda isə “Lokomotiv” 3 xal qazanmalıdı. Hər halda, bu 2 qarşılaşmadan sonra aktivində 6 xal olan 4 komandadan ən azı 2-si rəqibindən geri düşəcək.
20 noyabr
V tur
17:00. “Azəryol” – “Telekom”
“Azərreyl” İdman Bazası
III tur
19:00. “Azərreyl” - “Lokomotiv”
“Azərreyl” İdman Bazası
|
yer |
komanda |
O |
Q |
M |
3:0 |
3:1 |
3:2 |
2:3 |
1:3 |
0:3 |
S/F |
T/F |
X |
|
1 |
Azərreyl |
3 |
2 |
1 |
1 |
1 |
0 |
0 |
1 |
0 |
7-4 |
268-217 |
6 |
|
2 |
Lokomotiv |
3 |
2 |
1 |
1 |
1 |
0 |
0 |
1 |
0 |
7-4 |
266-234 |
6 |
|
3 |
Telekom |
3 |
2 |
1 |
1 |
1 |
0 |
0 |
1 |
0 |
7-4 |
249-223 |
6 |
|
4 |
Azəryol |
3 |
2 |
1 |
1 |
1 |
0 |
0 |
1 |
0 |
7-4 |
259-254 |
6 |
|
5 |
Gənclik |
3 |
1 |
2 |
1 |
0 |
0 |
0 |
0 |
2 |
3-6 |
186-204 |
3 |
|
6 |
Tbilisi |
3 |
0 |
3 |
0 |
0 |
0 |
0 |
0 |
3 |
0-9 |
119-225 |
0 |
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub