[b]Mərkəzi oyunun başlama saatı dəqiqləşdi[/b]
24.03.2018 - 16:17
[b]Mərkəzi oyunun başlama saatı dəqiqləşdi[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IX turunun təqvimi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, martın 30-da olacaq tur “Lokomotiv” – AVF matçı ilə start götürəcək.

 

Görüş saat 15:00-da başlanacaq. Ardınca “Abşeron” “Azərreyl”i sınağa çəkəcək. Turun mərkəzi qarşılaşmasının start fiti saat 17:00-da veriləcək.

 

Qeyd edək ki, hər iki matç Voleybol Mərkəzində olacaq.  

0