[b]Milli üzvünün 20 xalı Super Kubok üçün bəs etmədi[/b]
17.10.2017 - 01:53
Rusiyada qadınlar arasında voleybol üzrə Super Kubokun sahibi bəlli olub. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Natalya Məmmədovanın çıxış etdiyi Kazan “Dinamo”su həlledici oyunda Moskvadan olan adaşı ilə qarşılaşıb.
Maraqlıdır ki, həm də Rusiya çempionatının ikinci turu çərçivəsində keçirilən oyun moskvalıların 3:1 (22:25, 25:21, 25:17, 25:23) hesablı qələbəsi ilə başa çatıb.
Natalya oyunda 20 xal toplasa da, bu, qələbə üçün kifayət etməyib.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0