[b]Milli üzvünün komandası finalda![/b]
24.12.2017 - 11:05
Qadınlar arasında voleybol üzrə Rusiya kubokunda yarımfinal oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Natalya Məmmədovanın komandası “Dinamo Kazan” da bu mərhələ çərçivəsində meydana çıxıb.
Tatarıstan təmsilçisi doğma meydanda Saratovun “Proton” klubunu qəbul edib. Görüş meydan sahiblərinin 3:0 (25:11, 25:14, 25:13) hesablı darmadağını ilə yekunlaşıb.
Matça əsas heyətdə başlayan Natalya komandasının qələbəsinə 11 xalla töhvə verib.
Qeyd edək ki, “Dinamo Kazan” finalda “Yenisey”lə üz-üzə gələcək.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0