[b]Millimiz “Novruz” turnirinə qatılır[/b]
07.03.2016 - 12:58
[b]Millimiz “Novruz” turnirinə qatılır[/b]

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən ənənəvi “Novruz” turnirində iştirak edəcək. Bu barədə məlumatı apasport.az saytına yığmamızın baş məşqçisi Elxan Əliyev verib.

                        

O bildirib ki, yarışa hazırlıqlara start verilib və komandamız martın 15-də səfərə yollanacaq. Əliyevin sözlərinə görə, martın 17-22-də baş tutacaq turnirin iştirakçılarının sayında dəyişiklik yoxdu.

 

Belə ki, Bişkekdə Azərbaycanla yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan yığmaları, həmçinin Rusiyadan hələ adı dəqiqləşməyən bir klub mübarizə aparacaq. Bu siyahıya Çindən də bir komandanın qatılması gözlənilir. Turnir təşkilatçısı isə iştirakçıların sayını 8-ə çatdırmaq üçün bir necə federasiyaya təklif göndərib.

 

Qeyd edək ki, yığmamız “Novruz” turnirinin bütün mükafatlarını qazanıb.