[b]Millimiz Avropa çempionu ilə bacarmadı[/b]
09.07.2016 - 10:00
[b]Millimiz Avropa çempionu ilə bacarmadı[/b]

San Marinoda 18 yaşadək basketbolçu oğlanlar arasında FİBA Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi də C divizionunda mübarizəyə qoşulub.

 

Baş məşqçi Tahir Baxşıyevin rəhbərlik etdiyi yığmamız ikinci dəfə qatıldığı yarışa ötənilki çempionatın qalibi Andorra ilə matçla başlayıb. Gərgin mübarizə şəraitində keçən oyun millimizin məğlubiyyəti ilə nəticələnib - 59:69 (14:13, 16:13, 14:18, 15:25).

 

Millimiz növbəti oyununu iyulun 10-da keçirəcək. Komandamız Cəbəllütariq yığması ilə görüşəcək. Matç Bakı vaxtı ilə saat 14.00 başlayacaq.