Estoniyada keçirilən 18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının B divizionunda III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, C qrupunda çıxış edən Azərbaycan yığması Rumıniya ilə qarşılaşıb.
İlk iki turda Portuqaliya (45:75) və Polşaya (47:73) uduzan yığmamız bu dəfə də meydanı başıaşağı tərk edib. Basketbolçularımız Rumıniyaya da böyük fərqlə uduzub – 50:68 (12:22, 21:10, 9:19, 8:17).
3 turda 3 xal qazanan yığmamız qrupda sonuncu pillədə qərarlaşıb. Millimiz sabah keçiriləcək növbəti turda Avstriya ilə üz-üzə gələcək.
Andorrada keçirilən 16 yaşadək oğlanlar arasında Avropa çempionatının C divizionunda isə yarışa yekun vurulub. Azərbaycan yığması III yer uğrunda matçda Andorra ilə görüşüb. Komandamız 75:55 (23:9, 16:13, 12:20, 24:13) hesabı ilə qələbə qazanıb.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq