[b]Millimizdən ilk qələbə[/b]
11.07.2016 - 09:08
18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yığmamız San-Marinoda təşkil olunan yarışdakı ikinci oyununda Cəbəllütariqlə üz-üzə gəlib.
Yığmamız bütün hissələrində güclü olduğu matçda 89:54 hesablı (21:13, 18:16, 27:18, 23:7) qələbə qazanıb. Komandamızın heyətində Əkbər Məmmədov hamıdan çox – 22 xal toplayıb.
Qeyd edək ki, ilk turda 59:69 hesabı ilə Andorraya uduzan millimiz qrupda son oyununu sabah keçirəcək. Komandamız Monako ilə üz-üzə gələcək.
0
0