[b]Millimizin oyunçusu Çempionlar Liqası ilə vidalaşdı[/b]
23.10.2017 - 10:19
Qadın voleybolçular arasında Çempionlar Liqasının II təsnifat mərhələsinin son oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində baş tutan qarşılaşmalarda Azərbaycan millisinin toppaylayıcısı Olena Həsənovanın şərəfini qoruduğu “Le Kann” “Miçanka”nın qonağı olub.
Belarus təmsilçisinə evdə 2:3 hesabı ilə uduzan Fransa klubu bu dəfə də eyni hesabla məğlub olub. Həsənova 20 xalla komandasının ən yaxşısı seçilsə də, “Le Kann” Çempionlar Liqası ilə vidalaşıb. Onlar mübarizəni CEV kubokunda davam etdirəcəklər.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0