[b]Millimizin qaldığı oteldə sürpriz qonaqlar[/b] - FOTOSESSİYA
25.03.2016 - 20:20
Antalyada təlim-məşq toplanışında olan milli komandamızın qaldığı “Gloria Hotel”ə bu gün sürpriz qonaqlar baş çəkib. Apasport.az saytının məlumatına görə, otelə ötən gün bu şəhərdə İsveç ilə hazırlıq matçı oynamış (2:1) Türkiyə yığmasının həmin qarşılaşmada start heyətində meydana çıxmış futbolçuları gəliblər.
Aralarında Arda Turan, Caner Erkin, Cenk Tosun, Selcuq İnan kimi oyunçuların olduğu təxminən 10-12 nəfərlik qrup fitness zalında yüngül məşq keçdikdən sonra mehmanxananı tərk ediblər.
Qeyd edək ki, məşq zamanı futbolçularla media nümayəndələrinin görüşünə icazə verilməyib.
0
0