[b]Yığmamızın oyunçusu İtaliyada darmadağın gördü[/b]
27.02.2017 - 09:33
Qadın voleybolçular arasında İtaliya A seriyasında XIX turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Odina Bayramovanın şərəfini qoruduğu “Firenze” “Yamamay”ı qəbul edib.
Təmsilçimizin komandası qarşılaşmanı qələbə ilə başa vurub. “Firenze” rəqibinə nə set, nə də xal verib – 3:0 (25:23, 25:16, 25:14).
Bayramova oyunda 10 dəqiq zərbə ilə fərqlənib.
Bu qələbədən sonra “Firenze” turnir cədvəlində 9-cu yerdədi. Rəqiblərindən 1 oyun az keçirən komanda 18 görüşdən 23 xal toplayıb.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0