[b]Olena Həsənova fərqləndi, komandası məğlub oldu[/b]
30.10.2017 - 14:15
Fransa çempionatında III turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk günündə Azərbaycan yığmasının blokçusu Olena Həsənova şərəfini qoruduğu “Le Kann” “Evre” klubunun qonağı olub.
Qarşılaşma təmsilçimizin komandasının mövsümdə ilk məğlubiyyəti ilə nəticələnib. Ev sahibləri 3:1 hesabı ilə qalib gəliblər. Matçda aktivinə 14 xal yazan Həsənova komandasının ən məhsuldar oyunçusu olub.
Qeyd edək ki, “Le Kann” 6 xalla 5-ci yerdədi.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0