Qadın voleybolçular arasında Yaponiya çempionatında növbəti turların oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ənənəyə uyğun olaraq komandalar ardıcıl 2 gündə 2 dəfə meydana çıxıblar.
Tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” bu qarşılaşmaları məğlubiyyətlə başa vurub. Belə ki, təmsilçimizin komandası öncə “Hisamitsu” ilə üz-üzə gəlib. Rəhimovanın 26 xal (24 hücum, 2 blok) topladığı qarşılaşmada rəqib qələbə qazanıb - 1:3 (25:17; 15:25; 17:25; 16:25).
“Toyota”nın “Okayama” ilə də matçı eyni hesabla yekunlaşıb. Polinanın 20 xal topladığı (19 hücum, 1 eys) görüşdə komandası ikinci hissədə üstün olub - 1:3 (24:26; 25:18; 18:25; 13:25).
Qeyd edək ki, bu məğlubiyyətlərdən sonra “Toyota” 6-cı yerə enib. Aktivində 5 xalı olan komanda lider “Toray Errous”dan 7 xal geri qalıb.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub