Qadın voleybolçular arasında Avropa çempionatının 1/4 final matçı olan Almaniya – Azərbaycan oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, millimizin 3:0 hesabı ilə qalib gəldiyi görüşün ən dəyərli oyunçusu millimizin üzvü Polina Rəhimova seçilib.
Yığmamızın hücumçusu 21 xal toplamaqla bombardir adına da yiyələnib. O, həmçinin ən yaxşı hücumçu (18 xal) nominasiyasında da hamıdan güclü olub.
Ən yaxşı top qəbul edən isə rəqibin üzvüdür. Siyahıda Cennifer Qertiyes hamını qabaqlayıb. Millimizin oyunçusu Olena Həsənova isə ən yaxşı blokçu nominasiyasının qalibi adına sahib olub. O, 2 dəfə rəqib hücumunun qarşısını alıb.
Faiq Qarayevin yetirmələrinin tam statistikasına gəlincə, Polina Rəhimova 21, Natalya Məmmədova 17, Yelizaveta Səmədova 8, Kseniya Poznyak 6, Olena Həsənova 7, Kristina yaqubova isə komandamıza 2 xal qazandırıb.
Qeyd edək ki, millimiz yarımfinala yüksəlib və həlledici matç üçün Hollandiya ilə qarşılaşacaq.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq