[b]Polina Rəhimova komandasını liderliyə yüksəltdi[/b]
22.02.2016 - 10:15
[b]Polina Rəhimova komandasını liderliyə yüksəltdi[/b]

Qadın voleybolçular arasında Yaponiya çempionatının II mərhələsində III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” “Hitaçi”nin qonağı olub.

 

Qarşılaşma təmsilçimizin komandasının əzmkar qələbəsi ilə başa çatıb. “Toyota” 1:2 hesabı ilə geridə olsa da, yekunda sevinən tərəf olub – 3:2 (25:17; 23:25; 17:25; 25:21; 15:8).

 

Rəhimova görüşdə 35 xal toplayıb. O, bunlardan 27-sini hücumda, 1-ni blokda və 7-sini eylə qazanıb.

 

Beləliklə, üçüncü oyununu da qələbə ilə başa vuran “Toyota” 7 xalla turnir cədvəlində ilk pilləyə yüksəlib. Onların məğlub etdiyi “Hitaçi” isə 6 xalla ikinci yerə enib.

 

Polinanın komandası növbəti turda lider NEK-lə ilə üz-üzə gələcək. Oyun fevralın 27-də olacaq.