Qadın voleybolçular arasında Avropa çempionatının II turu çərçivəsində Azərbaycan – Belçika oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın 0:3 hesabı ilə məğlub olduğu matçın bombardiri Polina Rəhimova olub.
Hücumçumuz 20 dəqiq zərbə ilə bütün rəqiblərini qabaqlayıb. Bülənt Karslıoğlunun oyuna çıxardığı millimizin digər üzvlərindən Odina Bayramova 6, Marqarita Əzizova 5, Aynur Kərimova 4, Kseniya Poznyak, Oksana Kurt və Ayşən Abduləzimova hərəyə 2 xal yığıblar.
Rəqibin heyətində isə Lise van Heçke daha məhsuldar olub. O, komandamızdan 15 xal alıb.
Qeyd edək ki, Türkiyə - Azərbaycan matçının da bombardiri adına Polina yiyələnmişdi. O, ilk görüşdə 17 xala sevinmişdi.
- Yüksək Liqa: “Murov Az Terminal” və “Ordu”dan qələbə
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq