Bu gün qadın voleybolçular arasında Yaponiya çempionatının ən yaxşılarının mükafatlandırılması mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, “Toyota”nın şərəfini qoruyan Azərbaycan millisinin hücumçusu Polina Rəhimova da fərqlənənlər sırasında olub.
Çempionatı titulsuz başa vuran voleybolçumuz “altılar finalı”nın simvolik yığmasında yer alıb. O, mübarizəni dayandırdıqları həlledici mərhələnin ən yaxşı hücumçusu və topu oyuna ən yaxşı daxil edəni seçilib.
Yaponiya çempionatının qalibi NEC olub. Onlar final mərhələsində “Hisamitsu”nu hər 2 qarşılaşmada 3:2 hesabı ilə məğlub ediblər. İlk “üçlüy”ü isə “Hitaçi” qapayıb.
Qeyd edək ki, Polina çempionatın əsas hissəsində də ən yaxşılar sırasında yer almışdı. O, ötən il də Yaponiyanın simvolik yığmasına düşmüşdü.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq