Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında VII tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” da növbəti oyununu keçirib.
“Sarı bülbülllər” səfərdə “İlbank”la qarşılaşıb.
Görüş voleybolçumuzun komandasının qələbəsi ilə başa çatıb. “Fənərbaxça” rəqibini 3:0 (25:16, 25:11, 25:21) hesabı ilə məğlub edib.
Həmyerlimiz sözügedən qarşılaşmanın iştirakçısı olub və qalibiyyətdə mühüm rol oynayıb.
Qeyd edək ki, “Fənərbaxmç” 7 oyundan sonra 21 xal toplayıb və turnir cədvəlinin zirvəsində qərarlaşıb.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq