Qadın voleybolçular arasında Avropa çempionatının A qrupunun üçüncü matçı olan Almaniya – Azərbaycan oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, millimizin 3:1 hesabı ilə qalib gəldiyi görüşün ən dəyərli oyunçusu rəqib komandanın üzvü Luiza Lippman seçilib.
“Bundestim”in hücumçusu 26 xal toplamaqla bombardir adına da yiyələnib. O, həmçinin ən yaxşı hücumçu (25 xal) nominasiyasında da hamıdan güclü olub.
Ən yaxşı top qəbul edən də rəqibin üzvüdür. Siyahıda Cennifer Qertiyes hamını qabaqlayıb. Millimizin oyunçusu Olena Həsənova isə ən yaxşı blokçu nominasiyasının qalibi adına sahib olub. O, 4 dəfə rəqib hücumunun qarşısını alıb.
Faiq Qarayevin yetirmələrinin tam statistikasına gəlincə, Polina Rəhimova 20 xal toplayıb və sadəcə Lippmandan geri qalıb.
Yelizaveta Səmədova 16, Natalya Məmmədova 15, Kseniya Poznyak 9, Olena Həsənova isə komandamıza 7 xal qazandırıb.
Qeyd edək ki, millimiz A qrupunu naməğlub başa vuraraq 1/4 finala yüksəlib.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq