Kişi voleybolçular arasında Avropa çempionatının I seçmə mərhələsində I tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı I qrupda Gürcüstan İsveçrəni sınağa çəkib.
Qarşılaşmanın Tiflisdə keçirilməsinə baxmayaraq, ev sahibləri 1 seti belə aktivlərinə yaza bilməyiblər – 0:3 (13:25; 12:25; 16:25).
Bu qələbə İsveçrə millisini vahid qrup lideri edib. Onlar II turda Azərbaycan yığması ilə üz-üzə gələcəklər.
|
İsveçrə |
1 |
1 |
0 |
3-0 |
75-41 |
3 |
|
İsveç |
1 |
1 |
0 |
3-2 |
110-102 |
2 |
|
Azərbaycan |
1 |
0 |
1 |
2-3 |
102-110 |
1 |
|
Gürcüstan |
1 |
0 |
1 |
0-3 |
41-75 |
0 |
Qeyd edək ki, Azərbaycan voleybolçuları ilk oyunda İsveçə 2:3 hesabı ilə məğlub olublar.