Qadın voleybolçulardan ibarət Rusiya millisinin məşqçilər korpusu istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, bu qırar Ümumrusiya Voleybol Federasiyasının (ÜVF) bu gün baş tutan yığıncağında verilib.
ÜVF-in prezidenti Stanislav Şevçenko bildirib ki, artıq Konstantin Uşakov və Vladimir Kuzyutkinlə yollar ayrılıb: “Artıq onlar vəzifələrindən azad olundular. Bu mütəxəssislərin yerinə müsabiqə elan ediləcək və kim istəsə namizədliyini irəli sürə bilər. Ekspertlər namizədləri dekabrın 10-da müzakirə edəcəklər”.
Qeyd edək ki, 2013-cü və 2015-ci illərdə ardıcıl Avropa çempionu olan Rusiya millisi Azərbaycan və Gürcüstanda keçirilən qitə çempionatında səviyyəsindən aşağı çıxış edərək, 1/4 finalda Türkiyəyə məğlub olmuşdu.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq