Qadın həndbolçular arasında “Çelenc Cup” 1/8 final mərhələsinin bütün iştirakçılarının adları dəqiqləşib. Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsinin cavab matçlarından sonra Azərbaycanın ABU klubu da rəqiblərini tanıyıb.
Komandamız növbəti qarşılaşmasında daha güclü kollektivlərlə qarşılaşacaq. Artıq səbətlər də bəlli olduğundan bəxtimizə Çexiya, İspaniya, Hollandiya, Polşa, İsveç və Ukrayna təmsilçilərindən biri düşəcəyi dəqiqləşib.
Püşk isə sabah Vyanada atılacaq. Qarşılaşmalar fevralın 4-5-də, cavab oyunları 1 həftə sonra olacaq.
1-ci səbət
“Sokol” (Çexiya)
“Qran Kanaria” (İspaniya)
“Atletiko” (İspaniya)
“Quintus” (Hollandiya)
“Kram Start Elblaq” (Polşa)
“H 65 Höörs” (İsveç)
“Ardesen” (Türkiyə)
“Karpatı” (Ukrayna)
2-ci səbət
ABU (Azərbaycan)
“Lokomotiva” (Xorvatiya)
“Haukar” (İslandiya)
“Şqipona” (Kosovo)
“Vardar” (Makedoniya)
“Koleqio de Qaya” (Portuqaliya)
“Mlinotest Aydovçina” (Sloveniya)
“Zuq” (İsveçrə)
Qeyd edək ki, ABU III təsnifat mərhələsində Belçikanın “Femina Vize” klubunu mübarizədən kənarlaşdırıb.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq