“Hamı düşünür ki, Azərbaycan aşkar favoritdi. Amma mənim fikrimcə, onlarla oynamaq olar”. Apasport.az saytının məlumatına görə, bunu Slovakiya millisinin voleybolçusu Mixaela Abrhamova deyib.
23 yaşlı blokçu Avropa Liqasının final mərhələsi barədə fikirlərini açıqlayıb. O bildirib ki, həlledici oyunda qarşılaşacaqları Azərbaycan millisinin güclü olmasına baxmayaraq, Slovakiyanın çempion şansları az deyil: “Düzdü, rəqibinin heyətində hündürboy oyunçular üstünlük təşkil edir və yüksək səviyyədə mübarizə aparırlar. Amma onlara qalib gəlmək də mümkündü. İlk görüşün Slovakiyada olmasından yararlanıb, bunu etməyə çalışacağıq”.
Qeyd edək ki, Slovakiya – Azərbaycan matçı bu gün olacaq.