[b]Super Liqada pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşdi[/b]
02.03.2016 - 18:12
[b]Super Liqada pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşdi[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında pley-off mərhələsinin bütün iştirakçıları məlum olub. Apasport.az saytının məlumatına görə, buna bu gün keçirilən “Azəryol” – “Gənclik” matçından sonra aydınlıq gəlib.

 

Belə ki, Ziya Rəcəbovun yetirmələri ən yaxın izləyicilərinə 3:0 hesabı ilə qalib gəlməklə, onlar üçün əlçatmaz olublar. Bu qarşılaşmayadək pley-offa yüksəlmək üçün nəzəri şanslarını saxlayan “Gənclik” “Tbilisi” ilə birgə yarışı əsas mərhələdən sonra başa vuracaq.

 

Autsayderlər üçün çempionatın qarşıdakı hissəsi formal xarakter daşıyacaqsa, “Azəryol” və pley-offa yüksələn digər 2 komanda – “Telekom”, “Azərreyl” və “Lokomotiv” sonadək mövqe mübarizəsi aparacaqlar. Çünki yarımfinal cütləri məhz onların tutduğu yerə əsasən müəyyənləşəcək.

 

Qeyd edək ki, yarımfinalda 1-ci yer 4-cü, 2-ci yer isə 3-cü pillənin sahibini sınağa çəkəcək. Bu mərhələnin cütləri 2 qələbəyədək mübarizə aparacaqlar.