[b]Təmsilçimiz üçün ukraynalı və türk hakimlər[/b]
12.12.2015 - 22:48
[b]Təmsilçimiz üçün ukraynalı və türk hakimlər[/b]

Qadın voleybolçular arasında CEV kubokunda çıxış edən “Azəryol”un 1/8 final mərhələsi cavab qarşılaşmasında “Salo” ilə oynayacağı matçın hakimləri bəlli olub. Apasport.az saytının məlumatına görə, ölkəmizdə təmsilçimizin ev oyununda türkiyəli və ukraynalı hakimlər iş başında olacaqlar.

 

Dekabrın 16-da Bakıda baş tutacaq görüşü Cihat Fırıncıoğlu və Aleksey Skibiski idarə edəcək.

 

Qeyd edək ki, təmsilçimiz ilk matçından 3:0 hesablı inamlı qələbə ilə ayırlmışdı.