Rio Olimpiadasına yollanmaq üçün mübarizə aparacaq basketbol üzrə Türkiyə millisinin “pley-off”lardakı rəqibləri bəlli olub. Apasport.az saytının məlumatına görə, üç ölkənin ev sahibliyi ilə keçiriləcək mini turnirdə Türkiyə millisi Flippində mübarizə aparacaq.
“Ay ulduzlular”ın A qrupundakı rəqibləri Kanada və Seneqal milliləri olacaq. Digər qrupda isə Fransa, Yani Zellandiya və ev sahibi Flippin mübarizə aparacaq.
Serbiyadakı “pley-off” turnirində A qrupunda Serbiya, Anqola, Puerto Riko, B qrupunda isə Yaponiya, Çexiya və Latviya yarışacaq.
Üçüncü turnir isə İtaliyada, Turnidə təşkil olunacaq ki, burada da A qrupunda Yunanıstan, Meksika, İran, B qrupunda isə Tunis, Xorvatiya və İtaliya olimpiada üçün “döyüşəcəklər”.
Reqlamentə görə, hər ölkədə keçirilən turnirdə A və B qruplarında ilk iki yeri tutan kollektivlər çarpaz üsulla mübarizə aparacaqlar, qaliblər isə final oynayacaqlar. Finaldakı qələbə isə qalib komandaya Braziliyaya "bilet hədiyyəsi" olacaq.
Beləliklə, Rioya 3 ölkədən 3 komanda yollanacaq.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə