[b]Türkiyə millisinin kapitanı: Azərbaycan millisi həmişə təhlükəli olub[/b]
25.09.2015 - 14:35
[b]Türkiyə millisinin kapitanı: Azərbaycan millisi həmişə təhlükəli olub[/b]

“Əslində asan görünən qrupda mübarizə aparmaq daha çətin olur. Bəlkə rəqiblər “dişimizə” görə deyil”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin voleybolçusu Gözde Kırdar deyib.

 

Komandasının kapitanı “ay-ulduzlular”ın Avropa çempionatındakı şanslarını dəyərləndirib. Kırdar bildirib ki, sabah start götürəcək yarışa tam hazır olduqlarından Azərbaycan, Macarıstan və Belçika ilə görüşlərdə problem yaşamayacaqlar: “Düzdü, Azərbaycan millisi həmişə təhlükəli olub. Belçika da istədiyi vaxt çox yaxşı oynayan bir komandadı. Onlara hazırlıq matçında qalib gəlmişik və inanıram ki, yenə də ən yaxşı nəticəni qazanacağıq. Çünki inanılmaz motivasiyamız var. Hər şey özümüzdən asılıdı. Biz istədiyimiz kimi oynayarkən Rusiyanı da, Serbiyanı da məğlub edərik. Çempion olmaq istəyiriksə, bütün qarşılaşmaları qalib bitirməliyik. Əgər yaxşı oynayarıqsa, bizi kiminsə durdura biləcəyinə inanmıram”.

 

Qeyd edək ki, Türkiyə - Azərbaycan matçı sabah olacaq.