Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, XIX tur çərçivəsində milli komandamızın üzvü Yana Kulanın şərəfini qoruduğu “Çanakkale Bld.” səfərdə “Halkbank”la qarşılaşıb.
Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yana matçı 14 xalla başa vurub.
Kseniya Poznyakın komandası “Beşiktaş” isə “Nilüfer Belediyyesi”nə qonaq olub. “Qara qartallar”ın 3:2 hesablı qalib gəldiyi matçda Kseniya çıxış etməyib.
Qeyd edək ki, 19 oyundan sonra aktivində 31 xal olan “Çanakkale Bld.” 6-cı, “Beşiktaş” isə 24 xalla 8-ci pillədə qərarlaşıb.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq