Beynəlxalq Voleybol Federasiyası 2016-cı ilin ən yaxşılarının adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qadınlardan ibarət simvolik yığmada Azərbaycan üçün tanış sima da yer alıb.
Belə ki, ilin ən yaxşı liberosu 2015/2016 mövsümündə Bakının “Lokomotiv” klubunun şərəfini qorumuş və Super Liqada 3-cü olmuş dominikalı Brenda Kastilyo seçilib. Ən yaxşı hücumçu Tiyana Boskoviç (Serbiya), Yeon-Kounq Kim (Cənubi Koreya) və Ju Tinq (Çin), blokçu Taisa Daherlə Klaudino Fabiana (hər ikisi Braziliya), toppaylayıcı isə Maya Oqniyanoviç (Serbiya) olub.
Qeyd edək ki, Brenda “Rabitə” ilə 3 dəfə Azərbaycan Super Liqasının qızıl medalını da qazanıb, Çempionlar Liqasında ikinci və üçüncü yeri tutub. O, həmçinin, bu yarışlarda ən yaxşı libero seçilib.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq