“Azəryol” daha bir voleybolçunun keçidini həll edib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi bu dəfə Ukrayna millisinin blokçusu Svetlana Dorsmanı rənglərinə bağlayıb.
23 yaşlı oyunçu ilə 1 illik razılıq əldə olunub. Yığmasının heyətində Avropa çempionatına vəsiqə qazanan Dorsman 2010-cu ildən əsas komandanın formasını geyinir. Aşağı yaş qrupunda da oynayan 184 sm boya malik blokçu vətənində “Severodonçanka” və “Ximik”də oynayıb. O, Severodonetsk təmsilçisi ilə avrokuboklarda da oynayıb.
Qeyd edək ki, “Azəryol” ondan öncə Ukraynadan Yelena Yakimçuku da transfer etmişdi. Eldar Yusubovu baş məşqçi postuna gətirən komanda Yuliya Kərimova, Zinaida Lyubimova, Oksana Kiselyova, Kseniya Pavlenko, Leyla Parşkova, Kristina Yaqubova və Anita Bredislə də müqavilə imzalayıb.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq